Bu ölkə raketləri Türkiyə sərhədinə yerləşdirdi

Bu ölkə raketləri Türkiyə sərhədinə yerləşdirdi
DÜNYA
23:49 01.10.2026
211
Yunanıstan İsraildən tədarük etdiyi "SPIKE NLOS” uzaqmənzilli raket sistemlərini Egey dənizindəki bəzi adalarda yerləşdirib.

Bu barədə Türkiyənin "Haber7” saytı məlumat yayıb.

Bildirilib ki, yeni raketlərin Şərqi Egey və Meriç bölgələrinə də mərhələli şəkildə yerləşdirilməsi planlaşdırılır.

Məlumata görə, raket sistemlərindən istifadə üçün xüsusi hazırlıq tələb olunur. Bu səbəbdən təlim prosesinin sürətləndirilməsi və sistemlərin hərbi təlimlərə mərhələli şəkildə cəlb edilməsi nəzərdə tutulur.

Bildirilib ki, raket sistemlərinin tədarükü davam edir. Sifarişin böyük hissəsinin ilin sonuna qədər təhvil verilməsi hədəflənir.
 
///publika///
OXŞAR XƏBƏRLƏR