Əhalisinin artmasını qarşısına məqsəd qoyan Türkmənistan rəhbərliyi, 8 uşağı olan qadınları “Dövlət Şərəf Medalı” ilə mükafatlandıracağını bildirib.
AZXEBER.COM-un məlumatına görə, 488 min kvadrat kilometr ərazisi olan Türkmənistan, 6 milyona yaxınlaşan əhalisini daha da artırmaq üçün dövlət imkanlarını səfərbər edib.
Verilən qərarlara əsasən, çox uşaqlı analar, maye yanacaq, təbii qaz, elektrik, su kimi xərcləri ödəmir. Nəqliyyat vasitələrindən təyyarə daxil hər birindən ödənişsiz, sərhədsiz və kotasız istifadə edirlər. 3 uşaqlı ailələrə isə, paytaxt Aşkabatda yeni mənzil və bir avtomobil verilir. Ayrıca bütün ailə fərdləri ictimai xidmətlərin bir çoxundan ödənişsiz olaraq faydalanır.
Qeyd edək ki, Türkmənistanda “Toy Mərkəzləri” adı verilən olduqca görkəmli və lüks şadlıq sarayları inşa edilir. Burada evlənəcək cütlüklərin toyları dövlət tərəfindən edilməyə başlayıb.
Ozal İbrahimli