Bu ölkədə abort qadağan edilir - Qadınlar küçəyə axışdı

Bu ölkədə abort qadağan edilir - Qadınlar küçəyə axışdı
DÜNYA
22:40 04.01.2018
1972
Braziliya Xalq Məclisi Komissiyası abortun bütün hallarda qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, buna etiraz edən minlərlə qadın və onları dəstəkləyən kişilər aksiya keçiriblər.
 
Məclisdə müzakirələr zamanı isə qanun layihəsinin əlehyinə olanlar təcavüz nəticəsində hamilə qalanlara abort üçün icazə verilməsini tələb ediblər.
 
Yeni qanun layihəsinin yaxın zamanlarda səsverməyə çıxarılacağı gözlənilir.
 
Qeyd edək ki, Braziliyada hər il 6 minə yaxın qadın abort etdirir. Hazırda qanun qadının və ya cəninin həyatı təhlükədə olduğu, həmçinin təcavüz nəticəsində baş verən hamiləliyin sonlandırılmasına icazə verir.
OXŞAR XƏBƏRLƏR