Bu ölkədə Ebola epidemiyası başa çatdı

Bu ölkədə Ebola epidemiyası başa çatdı
DÜNYA
03:31 29.07.2026
242
Uqanda hakimiyyəti may ayında ölkədə aşkarlanan Ebola epidemiyasının bitdiyini elan edib.

Bu barədə Uqanda Səhiyyə Nazirliyi X platformasında məlumat yayıb.

Məlumata görə, qərar ölkə daxilində yoluxmuş sonuncu xəstənin iyunun 16-da xəstəxanadan buraxılmasından sonra qəbul edilib.

Qeyd edək ki, Uqandada təsdiqlənmiş 20 yoluxma faktından 15-i Konqo Demokratik Respublikasından ölkəyə daxil olan şəxslərlə bağlı olub.
OXŞAR XƏBƏRLƏR