Bu ölkədə elektrikli skuterlər qadağan olundu

DÜNYA
13:46 14.08.2024
145
Avstraliyanın Melburn şəhərində təhlükəsizlik səbəbi ilə elektrik skuterləri qadağan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Melburn şəhər şurası təhlükəsizliyi əsas gətirərək kirayə verilən elektrikli skuterlərin qadağan edilməsinə səs verib.
 
Şura üzvləri kirayə verilən elektrik skuterlərinin geri çağırılmasını 6 lehinə 4 əleyhinə səslə təsdiqləyib.

Buna uyğun olaraq, şəhərdə elektrik skuter kirayəsi xidməti göstərən və müqavilələrində 6 ay qalan Lime və Neuron şirkətləri skuterlərini 30 gün ərzində yığmalıdırlar.
 
Qeyd edək ki, 1 dekabr 2021-ci il və 31 iyul 2024-cü il tarixləri arasında ölkədə 860 elektrikli skuter qəzası baş verib. Bu qəzalarda ümumilikdə 7 nəfər həlak olub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR