AZXEBER.COM xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.
Yerli hökumət orqanları hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıblar.
Məlumata görə, virus mayın 5-də xroniki qaraciyər xəstəliyindən əziyyət çəkən 42 yaşlı kişidə aşkarlanıb.
Pasiyent artıq stabil vəziyyətdə xəstəxanadan evə buraxılıb.
Onun ailə üzvlərində xəstəlik aşkarlanmasa da, onlar həkim nəzarətində saxlanılır.
Bu, 2026-cı ildə Honkonqda qeydə alınan ilk belə yoluxma halıdır. Son beş ildə regionda ildə orta hesabla cəmi iki siçovul hepatiti E infeksiyası aşkarlanıb.











































