Bu ölkədə həyəcan təbili – Qrip epidemiya elan edildi

Bu ölkədə həyəcan təbili – Qrip epidemiya elan edildi
SAĞLAMLIQ
11:52 05.01.2023
543

Belçikada yoluxma hallarının sürətlə artmasından sonra qrip epidemiya elan edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, qripə yoluxanların koronavirusa yoluxma sayından çox olacağı proqnozlaşdırılıb, ölkədə sıxlıq səbəbindən xəstəxanalarda böyük problemlər yaranmağa başlayıb.

Belçika Milli İctimai Sağlamlıq İnstitutu qripə yoluxma hallarının sürətlə artdığını və bunun laboratoriya testləri və xəstəxanaya yerləşdirilmələri ilə yanaşı, həkim müayinələrində də müşahidə edildiyini bildirib.

İnstitutdan verilən açıqlamada bildirilib ki, əhali arasında qrip və bronxit virusları ilə yanaşı, koronavirus və tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslar da geniş yayılıb

Belçikanın ən böyük universitetlərindən biri olan Leuven Universitetinin xəstəxanası olan UZ Leuven-də bir çox işçinin xəstələndiyi, buna görə də təcili olmayan xəstələrin qəbulunun təxirə salındığı açıqlanıb.

Xəstəxananın baş həkimi Gert Van Asşe bildirib ki, yeni ildən sonra xüsusən yaşlılar tənəffüs yolu infeksiyası şikayətləri ilə xəstəxanaya müraciət etməyə başlayıblar.

Ayşən

OXŞAR XƏBƏRLƏR