ABŞ-da koronavirusun omikron ştammının yeni variantına yoluxma halları 18%-ə yüksəlib. Bir həftə əvvəl bu göstərici 11,2% təşkil edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.
Məlumata görə, ölkənin şimal-şərqində COVID-19 hallarının 50%-dən çoxu omikron ştammının yeni alt növüdür.
Qeyd olunur ki, tətil səyahətləri fonunda yoluxma hallarının artacağı istisna edilmir.