Bu ölkədə vəba epidemiyası səbəbindən ölənlərin sayı artdı

Bu ölkədə vəba epidemiyası səbəbindən ölənlərin sayı artdı
DÜNYA
13:38 16.01.2024
154
Zambiyada vəba epidemiyası səbəbindən dünyasını dəyişənlərin sayı 374-ə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zambiyanın səhiyyə naziri Silvia Masebo bildirib ki, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bu yana ölkənin 116 bölgəsindən 45-nə təsir edib.

Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo 431 vəba xəstəliyinin aşkarlandığını bildirib.

Beləliklə, 2023-cü ilin oktyabr ayından ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 374-ə çatıb.

Gülay
OXŞAR XƏBƏRLƏR