Bu ölkədə xanımlar da əsgər gedəcək

Bu ölkədə xanımlar da əsgər gedəcək
DÜNYA
09:39 02.07.2025
265
Danimarkada qadınların yetkinlik yaşına çatdıqdan sonra (18 yaş) hərbi xidmətə qeydiyyatdan keçmələri və kişilərlə bərabər əsasda hərbi xidmətə çağırıla biləcəyi qanun qüvvəyə minib.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Yenilik NATO-ya üzv ölkələrin Avropada təhlükəsizlik risklərinin kəskin artması ilə əlaqədar müdafiəyə büdcə xərclərini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyi ilə bağlıdır.

Bu günə qədər Danimarkada qadınlar 18 yaşına çatdıqdan sonra yalnız könüllü olaraq hərbi xidmət keçmək hüququna malik idilər.
OXŞAR XƏBƏRLƏR