Bu ölkədə yoluxucu xəstəlik yayıldı: Antibiotiklər işə yaramır

SAĞLAMLIQ
11:20 18.12.2023
553
Son həftələr başda Çin olmaqla bir çox ölkədə qorxu yaradan sirli epidemiya ilə bağlı yeni açıqlamalar və məlumatlar gəlməkdədir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropanın bəzi ölkələrində, eləcə də Çinin şəhərlərində aşkarlanan epidemiya ilə bağlı yeni açıqlamalar verilib.

Xüsusilə uşaqlara təsir edən və narahatlıq doğuran epidemiya xəstəliyi ilə bağlı verilən açıqlamada antibiotiklərin təsirsiz olduğu açıqlanıb. 

Avropada Danimarka və Hollandiyada yoluxmaların artmasının ardından Ümumdünya Səhiyyə Təşkilatının hadisəni yaxından izlədiyi bildirilib.

Çinin qonşusu və dünyanın ikinci ən sıx məskunlaşdığı ölkələrindən biri olan Hindistanın da ola biləcək epidemiyaya qarşı hazır vəziyyətdə olduğu açıqlanıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR