“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev

“Bu, ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir” - Anar Əliyev
SOSİAL
16:23 26.09.2026
183
"Texnoloji yeniliklərin əmək bazarlarına və biznes modellərinə ciddi təsir göstərdiyi bir şəraitdə ölkələrin əsas strateji üstünlüklərindən biri bilik, bacarıq, innovasiya potensialı, insan kapitalıdır. Bu baxımdan insan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun "İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” panelində çıxış edərkən bildirib.

O, əhalinin sosial rifahının yüksəldilməsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyanın əsasını təşkil etdiyini vurğulayıb. 2018–2026-cı illərdə icra olunan, illik əlavə maliyyə tutumu 8 milyard manat olan, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə Nazirlik tərəfindən işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə artıb. Əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondunda 3,4 dəfə artım baş verib.

Anar Əliyev əmək və sosial müdafiə sahəsində rəqəmsal transformasiyanın da uğurla həyata keçirildiyini, Nazirliyin 152 xidmətindən 90 faizinin elektronlaşdırıldığını, o cümlədən 55 proaktiv xidmətin istifadəyə verildiyini, "Əmək və Məşğulluq” altsistemi üzərindən əmək müqavilələrinin 97 faizinin e-qaydada bağlandığını diqqətə çatdırıb.

Nazir bildirib ki, ölkəmizdə aparılan islahatlarda insan kapitalının inkişafına yalnız təhsil mərhələsində formalaşan bilik və bacarıqlar kontekstində deyil, insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz inkişaf prosesi kimi yanaşılır. Bu məqsədlə əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və mütəmadi təkmilləşdirilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığı prosesinə daha fəal cəlb edilməsi xüsusi önəm kəsb edir.

Artıq 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib. Bu da əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir.

İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunduğunu deyən Anar Əliyev bildirib ki, bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. Yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılması isə yeni məşğulluq imkanlarının yaradılmasına, habelə əmək bazarının yaşıl transformasiyaya uyğunlaşdırılmasına xidmət edir.

Nazir qeyd edib ki, dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri universitetlər, işəgötürənlər və dövlət qurumları arasında davamlı əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsidir. Bu da işçi qüvvəsi, xüsusilə də gənclər üçün layiqli məşğulluq imkanları, biznes üçün daha uyğun kadrlar, iqtisadiyyat üçün məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yaradacaq.

Qeyd edək ki, dövlət qurumlarının rəsmiləri, biznes nümayəndələri və beynəlxalq ekspertlərin iştirak etdiyi paneldə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
17:52 26.09.2026
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
17:48 26.09.2026
İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
17:43 26.09.2026
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 26.09.2026
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
17:25 26.09.2026
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
17:20 26.09.2026
Afinada yaşayış binasında güclü partlayış nəticəsində ölənlər var
Tramp: İran nüvə silahına sahib ola bilməz
17:10 26.09.2026
Tramp: İran nüvə silahına sahib ola bilməz
Kilian Mbappe zədələnib
17:04 26.09.2026
Kilian Mbappe zədələnib
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
16:56 26.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
16:53 26.09.2026
Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
16:48 26.09.2026
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
16:45 26.09.2026
Mark Rutte: Putin NATO üçün uzunmüddətli təhdidə çevrilib
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
16:41 26.09.2026
Daha 3 pilot Formula 1-də mübarizəni dayandırdı
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
16:34 26.09.2026
Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
16:27 26.09.2026