İsveçdə bu ölkənin "Eurovision 2012" təmsilçisinin seçildiyi məşhur “Melodifestivalen”in finalı keçirilib.
Adıçəkilən ölkəni yarışmada Mərakeş əsilli Loren “Euphoria” adlı mahnı ilə təmsil edəcək. Finalda o, həm tamaşaçılar, həm də münsiflərdən yüksək səs toplayaraq “Melodifestivalen”in qalibi adını qazanıb.
Mahnının müəllifləri Thomas Gusatfsson və Peter Boströmdur. Maraqlı məqam ondadır ki, Thomas İspaniyanın Eurovision 2012 təmsilçisi Pastora Solerin də mahnısının müəllifidir. Peter isə Norveçin builki təmsilçisi Toojinin mahnısı üzərində işləyib.
İsveç 57-ci Eurovision Mahnı Müsabiqəsində mübarizəyə ikinci yarımfinaldan qatılacaq. Qeyd edək ki, İsveç bu məşhur müsabiqənin 4 dəfə qalibi olub. Ötən il isə Eric Saade “Popular” adlı mahnı ilə ölkəsinə 3-cülük qazandırıb.(SIA)