Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
SOSİAL
16:39 19.11.2021
370
Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

AZXEBER.COM bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun "Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun "Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun "N.Nərimanov”, "Nizami”, "20 Yanvar” stansiyaları və "Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR