Bu məktəblərdən gələn şikayətlərə baxılacaq

Bu məktəblərdən gələn şikayətlərə baxılacaq
Bütün Xəbərlər
13:57 08.10.2014
991
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.AZXEBER.COM-un Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar oktyabrın 11 - də Nərimanov və Yasamal rayonlarında keçiriləcək. Nərimanov rayonu üzrə 177 №li məktəbdə keçiriləcək səyyar qəbula 34, 47, 73. 177, 202, 207, 304 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.Yasamal rayonu üzrə 53 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 53, 60, 153, 173, 175, 176 № li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
OXŞAR XƏBƏRLƏR