''Bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib''
Bütün Xəbərlər
18:58 03.10.2012
1045
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “AzərTAc”ın Elşad Abdullayev məsələsi ilə bağlı sualına münasibət bildirib. PA rəsmisi mətbuatda və elektron informasiya vasitələrində keçmiş ABU-nun rektoru Elşad Abdullayev və Milli Məclisin deputatı Gülər Əhmədovanın videogörüntülərində onun da adının hallanmasına münasibətini açıqlayıb. O bildirib ki, bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib: “Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar”.R. Mehdiyev qeyd edib ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyib: “Hazırkı olay da heç bir nəticə verməyəcək. İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir”.