Bu metrostansiyanın qarşısındakı yol təmirə bağlanır

Bu metrostansiyanın qarşısındakı yol təmirə bağlanır
SOSİAL
20:52 27.04.2026
239
Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə ("Ulduz" metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
OXŞAR XƏBƏRLƏR