'Bu mitinqlər xalqa heç nə verməyib, verməyəcək də'

Bütün Xəbərlər
16:03 23.04.2012
1079
"İctimai Palatanın ötən gün keçirilən növbəti mitinqində dövlətə qarşı səsləndirilən təhqirəmiz, sərt, düşünülməmiş çıxışlar həmin insanların hansı təfəkkürə, savada malik olduğundan xəbər verir". Bunu Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, həmin mitinqdə iştirak edənlər bir növ “Adını sənə qoyaram, səni yana-yana qoyaram” deyiminə şərikdilər: “Müxalifətin dövlətə qarşı səsləndirdiyi sərt, təxribat xarakterli çıxışlar ilk növbədə dəlil, faktlarla sübuta yetirilməlidir. Bu insanlar sadəcə stəkanda fırtına yaratmaqla məşğuldurlar. Həmişə olduğu kimi, yaratdıqları birlik iflasa uğrayacaq və özləri özlərini biabır edəcəklər. 
OXŞAR XƏBƏRLƏR