‘Bu namizədlərin öz səviyyələri ilə bağlı olan məsələdir’ - Məzahir Pənahov

SİYASƏT
14:16 02.10.2013
1495

"Debatlarda qanun pozulmur desəm düzgün olmaz. Dünyanın istənilən ölkəsində bundan da xoşagəlməz hallar baş verir, bizdə bunun olması adi haldır".

Bu barədə jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, bu namizədlərin öz səviyyələri ilə bağlı olan məsələdir: "Bunlar seçiciyə obyektiv şəkildə nümayiş olunur ki, seçim edə bilsin. Bir məqam var ki, prezidentin şəxsiyyəti toxunululmazdır. Bu konstitusiya ilə tənzimlənir. Ona görə də biz prezidentin şəxsiyyətini təhqir edənlərə ciddi xəbərdarlıq etdik. Dünyada namizədlərə çox məhdudiyyət qoymaq da yaxşı nəticə vermir. Dünyada yetkin siyasətçiləri özündən çıxarmaq mümkün deyil. Əsas məsələ odur ki, hansı siyasətçi hansı səviyyədə olmasını debatlarda göstərir".(anspress)

OXŞAR XƏBƏRLƏR