Bu prospektdə işıqforlar gecə işləmir - VİDEO

Bu prospektdə işıqforlar gecə işləmir - VİDEO
Bütün Xəbərlər
00:19 21.08.2014
558

Gecə saatlarında paytaxtın Xətai rayonunda, Nobel prospektilə Zığ şossesinin kəsişməsində işıqforlar işləmir.

ANS TV-nin məlumatına görə, buna görə də yolda hərəkət edən avtomobillər bir-birinin hərəkətinə mane olurdu. Hətta avtomaşınları idarə edən sürücülər qəza şəraiti yaratmaqdan belə çəkinmirdilər. Sürücülərin dediyinə görə, artıq üç gündür ki, burda yerləşən işıqforlar gecə saatlarında işləmir. Məlumunuz olsun ki, sözügedən ərazidə yerləşən 4 işıqfordan həqiqətən heç biri fəaliyyət göstərmir.İşıqforun bir neçə gün işləməməsi və bizim gəlişimizlə əlaqədar fəaliyyət göstərməyi təəccüb doğurdu. Əgər yol hərəkətini tənzimləyən bu işıqforlar işləməsəydi, həqiqətən sözügedən ərazidə bədbəxt hadisə, baş verməsi gözlənilən idi. Çünki yüksək sürətlə şütüyən maşınlar, hətta piyadanı belə yol keçməsinə imkan vermirdi.

OXŞAR XƏBƏRLƏR