“Bu, qəza təhlükəsi yarada bilər” – Ekspertdən XƏBƏRDARLIQ

“Bu, qəza təhlükəsi yarada bilər” – Ekspertdən XƏBƏRDARLIQ
SOSİAL
12:19 18.09.2026
619

Məlum olduğu kimi, Bakıda bəzi vətəndaşların sürücülərin daha qısa yolla hərəkət etməsi üçün yol nişanlanmasına qanunsuz müdaxilə etdiyi müəyyənləşib. 

Belə ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yolun düz xəttinin boya ilə qırıq-qırıq xəttə çevrildiyi aşkarlanıb. Bildirilir ki, bu dəyişiklik sürücülərin həmin ərazidə daha rahat dönməsi məqsədilə edilib. 

Yol nişanlanmasına bu cür özbaşına müdaxilə isə yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı suallar yaradır. 

Maraqlıdır, yolun düz xəttinin qırıq-qırıq xəttə çevrilməsi nəqliyyatın hərəkətinə və yol təhlükəsizliyinə necə təsir edə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Naqif Rauf oğlu bildirib ki, yol xəttinin özbaşına dəyişdirilməsi düzgün deyil və təhlükəli vəziyyət yarada bilər:

"Bu məsələ ilə bağlı əsas məqam odur ki, vətəndaş yolun xəttini özbaşına dəyişə bilməz. Əgər həmin ərazidə belə bir dəyişiklik məqsədəuyğundursa, vətəndaş bunu aidiyyəti qurumlara təklif kimi təqdim etməlidir. Mətbuat da belə məsələləri işıqlandıra bilər. Məsələn, həmin ərazidə belə bir təklifin olduğunu və bunun sürücülər üçün daha uyğun, daha qısa məsafə yarada biləcəyini gündəmə gətirmək olar. Hazırda həmin ərazini tam şəkildə incələməmişəm və orada dönmənin nə dərəcədə aktual olduğunu, məsafəni nə qədər qısaltdığını dəqiq deyə bilmərəm. Bəzən məsafəni qısaltsa belə, təhlükəsizlik baxımından uyğun olmadığı üçün belə dəyişikliklər edilmir”.


Ekspert qeyd edib ki, belə dəyişikliklərlə bağlı qərarı yalnız aidiyyəti qurumlar verə bilər: 

"Burada əsas məsələ odur ki, bu, kiminsə özbaşına edə biləcəyi bir şey deyil. Əgər belə bir təklif varsa, aidiyyəti qurumlar əraziyə baxış keçirib bunu qiymətləndirə bilərlər. Uyğun olduğu halda həmin ərazidə müvafiq yol nişanları quraşdırılmalıdır. Əgər hərəkət axınının yüksək olduğu yerdirsə, qarşı tərəfdən gələn sürücülər də burada dönmənin olduğunu əvvəlcədən bilməlidirlər. Hətta bəzi hallarda svetofor və ya əlavə nizamlayıcı vasitələr də tətbiq oluna bilər”. 

Naqif Rauf oğlu bildirib ki, yol xəttinin özbaşına dəyişdirilməsi qəza təhlükəsi yarada bilər: 

"Çünki qarşıdakı sürücünün dönəcəyini əvvəlcədən göstərən nişan olmadıqda, digər sürücü onun qəfil əyləcləyərək dönmək istəyəcəyini gözləməyə bilər. Bu isə qəza təhlükəsi yaradır. Eyni zamanda, sürücü dönmək istəyərkən qarşı tərəfdən gələn nəqliyyat axınının vəziyyəti də nəzərə alınmalıdır. Qarşıdan gələn nəqliyyat vasitəsinə yol verilməli, yalnız yol təhlükəsiz və boş olduqda dönmə həyata keçirilməlidir”. 

Ekspert vurğulayıb ki, belə məsələlər yol hərəkətinin təhlükəsizliyi baxımından əvvəlcədən araşdırılmalıdır:

"Bu, birbaşa yol hərəkəti təhlükəsizliyi məsələsidir. Bəzi ərazilərdə belə hallara görə nəqliyyat vasitələrinin hərəkət sürəti də nizamlanır. Həmçinin piyadaların keçidi ilə bağlı elə uyğun şərait yaradıla bilər ki, həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti daha təhlükəsiz təşkil olunsun. Ona görə də belə məsələlər əvvəlcədən araşdırılmalı və ölçülməlidir. Bəzi ərazilərdə bunun üçün əlavə nizamlayıcıların təyin edildiyini də görürük. Belə yerlər mövcuddur”. 

Nəqliyyat eksperti vətəndaşlara yol nişanlanmasına özbaşına müdaxilə etməməyə çağırıb:

"Bir daha qeyd edirəm ki, bununla bağlı aidiyyəti qurumlara müraciət etmək lazımdır. Mətbuat da məsələni işıqlandıra bilər. Qurumlara yazılı müraciət edildikdən sonra həmin əraziyə baxış keçirilib məsələ dəyərləndirilə bilər. Məsələn, vətəndaş müraciət edə bilər ki, müəyyən ərazidə yol hərəkətinin belə təşkil olunması daha məqsədəuyğun olar və bundan onlarla, hətta yüzlərlə sürücü faydalana bilər. Bu təklifə aidiyyəti qurumlar tərəfindən baxıla bilər. Amma yol xəttini özbaşına dəyişmək və istənilən formada hərəkət etmək düzgün deyil. Bu, birbaşa təhlükəli vəziyyət yarada bilər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
20:14 07.11.2026
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
20:09 07.11.2026
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
19:59 07.11.2026
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var
19:51 07.11.2026
Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var
Krakovun mərkəzində atışma olub, 2 nəfər ölüb
19:41 07.11.2026
Krakovun mərkəzində atışma olub, 2 nəfər ölüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub
19:31 07.11.2026
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub
Şamaxıda ağır qəza - Ölən və xəsarət alan var
19:23 07.11.2026
Şamaxıda ağır qəza - Ölən və xəsarət alan var
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
19:12 07.11.2026
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
"Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
19:07 07.11.2026
"Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
18:57 07.11.2026
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
Viktor Osimhen əməliyyat olundu
18:50 07.11.2026
Viktor Osimhen əməliyyat olundu
Premyer Liqa: Autsayderlərin duelində qalib bəlli olmayıb
18:39 07.11.2026
Premyer Liqa: Autsayderlərin duelində qalib bəlli olmayıb