Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz
SOSİAL
11:30 15.03.2026
523
Hamiləlik zamanı sağlam, qidalandırıcı yeməklər qəbul etmək lazımdır. Lakin, hamiləlik zamanı qəbulu məsləhət olmayan bəzi qidalar da var. Baxmayaraq ki, onlardan bəziləri faydalı yeməklərdir, lakin sizin körpənizə problem yaratmaq ehtimalı da var. Bu səbəbdən qəbul etməməyiniz məsləhətdir.

AZXEBER.COM 9 ay ayrı qalmalı olduğunuz qidaları təqdim edir:

Az bişmiş və ya çiy yumurta:
Az bişmiş və çiy yumurtada olan salmonella bakteriyaları bağırsaq infeksiyasına və ishala yol açır. Ona görə yumurtanın tam bişməsindən əmin olmalısınız. Gün ərzində 2 yumurtadan artıq qəbul etmək olmaz. Yumurtanın sarısı alergik reaksiya verə bilər.

Kifli və pasterizə edilməmiş pendirlər:
Bu növ pendirlərdə olan listeria adlı bakteriya erkən doğum və hamiləliyin pozulmasına səbəb olur. Kifli və pasterizə edilməmiş pendirlər təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər. Hamilə xanımlar pasterizə edilmiş süd məhsulları yeməlidirlər.

Qaraciyər:
Hamilə qadınlara yüksək miqdarda A vitamini qəbul etmək məsləhət deyil. Ona görə hamilələr qaraciyər yeməkdən çəkinməlidir.

Çiy və ya az bişmiş ət:
Çiy və az bişmiş ətdə toksoplazma olur. Bu, hamiləliyin pozulmasına və erkən doğuşa yol aça bilər.

Qızartma və çips:
Qızartma xörəklərdə və çipsidə olan akrilamid maddəsi sinir sisteminə zərər verir. Bu maddə eyni zamanda xərçəng xəstəliyinin də yaranmasına səbəb ola bilər.

Dəniz məhsulları:
Kürü, istridyə, krevetka, az bişmiş qabıqlı dəniz məhsullarının hamiləlikdə yeyilməsi qadağandır.

Həddən artıq şəkər qəbulu:
Hazır qidalarla yanaşı, tort və peçenyelər, mürəbbə, bal və marmelad kimi həddən artıq şəkər ehtiva edən şirniyyatlar hamilələr üçün zərərlidir. Balın çox miqdarda qəbulu uşaqda diatezin yaranmasına səbəb ola bilər.

Bitki çayları, qara çay, qəhvə, qazlı, spirtli içkilər:
Normalda içilən müxtəlif bitki çayları hamiləlikdə həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bitki çayları uşaqlıq ağzı əzələlərinin yığılmasına səbəb ola bilər. Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıraraq hamiləliyin pozulmasına, erkən doğuma səbəb olur. Qazlı içkilərdən çox istifadə isə qanda qlükozanın səviyyəsinin artmasına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur.
 
Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşağın əqli inkişafından problemlər yarana bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prokurorluğun veteranı vəfat etdi
19:42 26.07.2026
Prokurorluğun veteranı vəfat etdi
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
19:32 26.07.2026
İyul ayının sonuna qədər böyük bolluq cəlb edəcək 4 bürc
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb