Qidaları soyuducuda saxlamaq bəzən onları qorumaq əvəzinə daha da zərər vermiş olur.
Hər yemək soyuducuda saxlanmaq üçün uyğun deyil. Tərəvəz və meyvələr daha təravətli qalması üçün soyuducuda saxlanılır. Lakin bu tələb bütün qidalara şamil edilmir. Çünki meyvə, tərəvəz və sous kimi bir çox qidalar soyuducuya qoyulduqda dadını, qida dəyərini itirir. Zəhərlənməyə səbəb olur.
Xüsusilə bu qidaları soyuducuda saxlamaq olmaz:
Pomidor
Soyuducuda saxlanılan pomidor qısa müddətdə həm dadını, həm də görünüşünü itirəcək. Üstəlik, pomidorlar soyuq halda kifayət qədər dadsız olur.
Soyuducudan kənarda saxladığınız pomidorları günəş işığından uzaq saxlamaq vacibdir.
Çörək
Çörəyinizin köhnəlməməsi üçün soyuducuya qoyursunuzsa, bu çörəyin daha tez qurumasına və köhnəlməsinə səbəb olur.
Kartof
Kartof soyuducuda saxlandıqda yumşaq olur və kiflənir. Kartofun görüntüsü və dadını qorumaq üçün onu soyuq deyil, sərin bir mühitdə saxlamaq lazımdır.
Soğan və Sarımsaq
Soğan və sarımsaq soyuducuda saxlandıqda soyuq və quru hava səbəbindən nəmliyini və toxumasını itirə bilər. Soğan və sarımsağı qaranlıq yerdə saxlayamaq lazımdır.
Şokalad
Soyuq və rütubətli mühit şokoladın quruluşunu və dadını korlayır.
Qəhvə
Soyuducunun soyuqluğu və rütubəti qəhvənin dadını pozur. Buna görə də qəhvə şüşə qabda və sərin yerdə saxlanılmalıdır.
Banan
Banan soyuducudan kənar saxlanmalı olan meyvələrdən biridir. Qaralmağa başladığını görsəniz, ömrünü uzatmaq üçün soyuducuya qoyub istifadə edə bilərsiniz
Bal
Soyuducuya qoyulan bal kristallaşaraq şəkərə çevriləcək. Qapağı möhkəm bağlanmış balı otaq temperaturunda uzun müddət saxlaya bilərsiniz.
Avokado
Avokadolarınızın yetişməsini və daha dadlı olmasını istəyirsinizsə, onları soyuducuda deyil, isti yerdə saxlamalısınız.
Şəbnəm