AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, final günü yarışmanın milli direktoru Aqil Məmiyevlə münsiflər arasında gərgin anlar yaşanıb. Belə ki, jürilərlə təşkilatçının seçimi üst-üstə düşməyib.
A.Məmiyev "Qafqazinfo”ya danışaraq məsələyə aydınlıq gətirib: "Müsabiqənin rəhbəri kimi əsas qərarı vermək haqqım var. Amma münsiflər heyətinin üzvləri ölkənin tanınmış simalarıdır. Onların nəticələrini, rəyini pozmaq istəmədim. Jürilərin sədri Əməkdar artist Tünzalə Ağayeva idi. Bundan başqa, Nərgiz Cəlilova, Afaq İsmayılzadə, Elnur Hüseynov, Gülnarə Xəlilova, Zamiq Hüseynov və başqaları həmin kürsüdə əyləşmişdi. Zamiq bəy səsvermədə tam olaraq iştirak etmədi. Ancaq jüri üzvləri Aygül Səfərovanı birinci etdilər. Mən isə buna etirazımı bildirdim.
Ona görə etiraz etdim ki, Aygül Səfərova tək boy ilə bunu həll edə bilməz. Hər şey bir-birini tamamlamalı idi. Onun qalib olmağını "Venera” model agentliyinin rəhbəri Səma Həsənova irəli sürüb. Jürilər də bundan sonra yekun qərar verib. Mən qalibin Cəmilə Qoluboviçin olması barədə təklif irəli sürsəm də, nəticəsiz qalıb. Həmçinin bəylər arasında Şakir Əhmədzadə və Nuru Əhmədov favorilərim idi. Qalib Şakir oldu, buna heyfslənmirəm, təbrik edirəm. Məni narahat edən xanım qalib idi.
Məmiyev qeyd edib ki, birinci olan xanım "Best Model of Worlds”a gedə bilmir: "Məlum olduğu kimi, qalib "Best Model of Worlds” müsabiqəsinə göndərilir. Amma münsiflərin qalib etdiyi Aygül Səfərova gedə bilmir. Bizim bunu sübuta yetirəcək yazışmalarımız var. Səbəb isə onun ailəsinin icazə verməməsidir. O yazıb ki, mən bilmirdim qalib gələcəm, sadəcə olaraq yarışmada iştirak etmək istədim. Bu məqamda qaydalara görə, ikinci olan Cəmalə Qoluboviç getməlidir. Baxın, yaranan bu problemlərə görə, biz mediaya qaliblərin adını açıqlaya bilmədik. Siz münsiflərlə əlaqə saxlayaraq rəylərini ala bilərsiz. Dünən münsiflərlə görüş təşkil etdik, biz bu məsələni müzakirə etdik. Onlar qeyd etdilər ki, seçim münsiflər tərəfindən edilib, lakin bundan sonra bütün məsələrdə mənim arxamdadırlar.
Bütün nəticələrə rəğmən yarışmanın prezidenti Erkan Özarmanla yazışdım. Onlar qeyd etdilər ki, qaliblərin adını bizə göndərin. Qalib xanım da "Best Model of Worlds”a getmək istəmir. İnsanlar da birinci qız barədə tənqidlər yazırlar. Axı bu mənim seçimim deyil? Yazdım ki, Aygül xanım, siz nə qədər insanların haqqına girmisiz. Düşünmək barədə iki saat vaxt verildi, son qərara gəldi ki, ailəsi icazə vermir. Özüm favori iştirakçıları Erkan Özarmana təqdim edəcəm, onun yekun qərarını mediaya təqdim edəcəyik. Nəticələr ləğv oluna bilər. Amma onu da qeyd edim ki, C. Qoluboviç xaricdə olduğu üçün beynəlxalq layihədə iştirak edəcək xanım iştirakçının adını hələki açıqlanmayıb”.
"Qafqazinfo” mövzu ilə bağlı qalib Aygül Səfərova ilə əlaqə saxlayıb. O da A. Məmiyevin sözlərini təsdiq edərək "Best Model of Worlds”a getmək istəmədiyini qeyd edib:
