Nepalda 9 yaşlı Bhavana Tami qeyri-adi xəstəlikdən əziyyət çəkir. Onun üzünün bir hissəsi sıx tük qatı ilə örtülüb. Bu da uşağın sifətinə dəhşətli, qorxunc ifadə verir. Qızın 8 yaşı olanda Bhavanagilin yaşadığı Dusixarka kəndinin yaşlıları onlardan həmin məkanı tərk etməyi tələb edir. Kənd camaatı qızcığazı “canavar”, “qulyabani” adlandırır. Uşaqlar isə ona qarşı daha qəddar idi. Qarşısına çıxan onu təhqir edirdi. Özünü müdafiə etməyə çalışan Taminin onlarla mübahisəsi bəzən əlbəyaxa savaşa da gətirib çıxarırdı. Bir sözlə, o, cəhənnəm həyatı yaşayırdı. Qızın həyatından jurnalistlər xəbər tutdu. Mətbuat nümayəndələrinin işə qarışması Taminin həyat hekayəsini daha böyük çevrələrə anlatdı. Nəticədə xeyriyyə təşkilatları ona yardım etdilər-Tamı iki dəfə plastik əməliyyat olundu. Əməliyyatdan sonra qızın üzü tükdən təmizləndi. İndi Taminin həyatı normal axarla davam edir. 14 yaşı tamam olanda həkimlər onun sifətində daha bir cərrahıyyə əməliyyatı aparacaq.//teleqraf