"Telegraph" yazır ki, Honkonqun ən varlı adamlarından olan milyardçı Sesil Çao Sze Tsunq qızı ilə evlənən kişiyə astronomik məbləğdə mükafat vəd edib. Belə ki, əmlak maqnatı homoseksual olan qızı Qiqi Çaouunu alacaq kişiyə 65 milyon dollar verəcək. İş adamı bu açıqlamanı Fransada sevgilisi ilə vətəndaş nigahında yaşamağa başlaması haqda xəbərlərin yayılmasından sonra verib.
“Onun varlı və ya kasıb olması vacib deyil. Əsas odur ki, o ürəyiaçıq və mehriban olsun”- Çao qızıyla evlənəcək şəxs haqqında danışarkən bildirib. O həmçinin qızının bir başqa qadınla vətəndaş nigahına girməsi xəbərlərini təkzib edib.