"Prezidentimizin siyasi iradəsi və gənclərə etimadı nəticəsində dünya oyunçularından birinə çevrilən ölkəmiz G-20 zirvə toplantısına dəvət alıb”.
Dövlətimizin qurulmasının üstündən cəmi 2 il ötmüşdü. Kifayət qədər problemləri – Qarabağ, işsizlik, müasir dövrün tələblərinə cavab verən kadır qıtlığı, düşmənlərin hər tərəfdən hücumu, büdcə kəsiri, iqtisadi, siyasi, mədəni sahədə natamamlıq və s. Bütün bunlar azmış kimi bir də ölkəmizin müstəqilliyini itirməsi təhlükəsi...
Çıxılmaz kimi görünən bütün bu problemləri həll edəcək bir şəxsiyyət vardı – Heydər Əliyev. Hər zaman vətəni üçün yorulmadan çalışan, dünyaya həqiqətləri çatdıran Heydər Əliyevə xalq etimad göstərdi və Ümummilli Liderin ətrafında birləşən Azərbaycan xalqı bu seçimində yanılmadı.
Qısa zaman
ərzində müharibə və xaos içində olan ölkəni sabit bir dövlətə çevirən Ümummilli
Lider ölkənin gələcəyini inşa etməyə başladı. 1995-ci ildə artıq savaş bitmiş, əsrin
müqaviləsi imzalanmış və neftimiz dünya bazarına çıxmışdır. Təhlükəsizlik, əminamanlıq,
iqtisadi, siyasi, mədəni islahatlar həyata keçirilməklə bərabər, hüquqi dövlət
quruculuğu işi Konstitutsiyamızın qəbul olunması ilə təmin edilmişdi.
Gələcəyin inşası üçün Ulu Öndər vaxt itirmədən ilk Gənclər Formunun keçirilməsi istiqamətində göstəriş verdi. 1996-cı ilin 2 fevral tarixində "Azərbaycan Gənclər Forumu” baş tutdu. Həmin günü "Gənclər Günü” elan edən xalqımızın Ulu Öndəri gələcəyi yeni nəslin üzərində qurmağa başladığının mesajını verdi. Gənclər işi ilə bağlı ayrıca nazirliyin yaradılması, gənclər təşkilatlarının gücləndirilməsi, tələbələrin xarici ölkələrdə yüksək təhsil almalarının təmin edilməsi və digər görülən işlər Heydər Əliyevin bu məsələyə diqqətinin əyani sübutudur.
Yeri gəlmişkən
dünyada yalnız iki il sonra – 1998-ci ilin 12 avqustunda BMT Beynəlxalq Gənclər
Gününün təsis edilməsi barədə qərar qəbul etdi. Bu müdrik Prezidentimizin dünya
üçün nümunə yaratdığının daha bir göstəricisidir.
Bu uzaqgörən
siyasətin nəticəsidir ki, həmin nəsil Müzəffər Ali Baş Komandanın rəhbərliyi
altında dünyada söz sahibinə çevirildi. Nəinki regionun, dünyanın
oyunçularından birinə çevrilən ölkəmiz G-20 (Böyük iyirmilər) zirvə
toplantısına dəvət alıb. Qarabağ zəfəri də məhz ölkəmizin apardığı düzgün və məqsədyönlü
siyasətin nəticəsidir. Müdirik siyasətçinin strateji planları – uşaqlara və gənclərə
olan etmadı və yaradıcılığı öz bəhrəsini verdi.
Hər bir gənc
bu gün qazanılan zəfərə görə Ümummilli Liderimiz Heydər Əliyevə və bu siyasəti
uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdardır. Hər fürsətdə
gənclərə bu həqiqətləri aşılayan, yarandığı gündən Ulu Öndərin yolunda
addımlayan Gənclərin Elmi Mədəni İnkişafı İctimai Birliyi olaraq 2 fevral-"Gənclər
günü” münasibətilə həmyaşıdlarımızı təbrik edir, qürurla yaşadığımız vətənimizə
görə Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk.
Cənab
Prezidentimiz kadr islahatları zamanı çağdaş təfəkkürlü, innovativ yenilikləri
ölkəmizə gətirəcək məmurlara üstünlük verməsi və komandasını gəncləşdirməsi
müdrik siyasi xəttin davamıdır. Bizlər bir çox hallarda bu siyasətə mane olmaq
istəyənlərin varlığını görmüşük. Həm də onu görürük ki, bütün sabotajlar iradəli
siyasətin qarşısında aciz olur. Bəli, məhz dövlət başçısının iradəli siyasətinin
nəticəsində intibah yaşayırıq. Buna görə də, vətəndaş-dövlət birliyi günü-gündən
möhkəmlənir.
Nə xoşbəxtik
ki, Qarabağ zəfərin şahidi və iştrakçısı olduq. Həm də onun şahidi olduq ki,
Prezidentimiz bu zəfərdən sonra yenidənqurma işində gənc kadrlara etimad göstərdiyini
bəyan etdi. Dövlətimizin başçısı yeni Rabitə, Nəqliyyat və Yüksək
Texnologiyalar Nazirini təyin edərkən çıxışında dilə gətirdiyi tezislərlə gələcək
Azərbaycanın elmə üstünlük verən çağdaş əsaslarla formalaşdırma siyasətinin
davamlı olacağını təsdiqləmiş oldu.
Aydın,
uğurlu və müqəddəs işdə öz məsuliyyətimizi dərk edir, dövlətimizə hər zaman dəstək
verməyi bundan sonra da davam etdirməyi özümüzə borc bilirik.
Sərdar Yusifoğlu,
Gənclərin Elmi Mədəni İnkişafı İB-nin sədri