Bu rayonda qazın verilişində fasilə yaranacaq

Bu rayonda qazın verilişində fasilə yaranacaq
SOSİAL
20:31 30.04.2026
277
Qazax rayonu Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.

"İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək”, - deyə əlavə edilib.
OXŞAR XƏBƏRLƏR