Bu rayonun iki kənd işıqsız qaldı

Bu rayonun iki kənd işıqsız qaldı
SOSİAL
02:36 20.11.2026
38
Lənkəran rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "QAZel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək üç avtomobilə və yol kənarındakı beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin 6 minə yaxın sakini işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR