Neftçala rayonunda evdən meyit aşkarlanıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Fuad Xəlilovun meyiti yaşadığı evində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhum əvvəllər müəllim işləyib. Həmçinin bir müddət öncə onun evində də yanğın baş verib.











































