Netanyahu: İrana qarşı hərbi əməliyyat qaçılmazdır

Netanyahu: İrana qarşı hərbi əməliyyat qaçılmazdır
DÜNYA
00:48 20.11.2026
50
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib.

"The Times of Israel”in yazdığına görə, Netanyahu bu fikri təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.

İsrail Müdafiə Ordusunun (IDF) yüksək rütbəli zabitlərindən biri isə İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) birgə və təsdiqlənmiş əməliyyat planlarına malik olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ əməliyyatın nə vaxt həyata keçiriləcəyidir. İsrail və ABŞ bununla bağlı ABŞ Prezidenti Donald Trampın qərarını və əməliyyat üçün uyğun vaxtın seçilməsini gözləyir.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR