Bu restoranda çox yemək sifariş edən müştərilər cəzalandırılacaq

Bu restoranda çox yemək sifariş edən müştərilər cəzalandırılacaq
MARAQLI
12:52 17.09.2011
2644
Səudiyyə Ərəbistandakı bir restoran rəhbəri özünü başqalarına göstərmək üçün çox yemək sifarişi verən müştərilərini cəzalandıracaq.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Dammam şəhərindəki "Marmar Restoran"-ın sahibi olan Fahad əl Anezi belə müştərilərin çox olduğunu və yemek sifarişləri ilə öyündüklərini deyib. O bildirib ki, bu müştərilər sifariş verdikləri yeməkləri yemirlər. Buna görə də, onlar cərimələnəcək. Cərimənin məbləği isə sifariş olunan, ancaq yeyilməyən yeməklərə əsasən hesablanacaq.
OXŞAR XƏBƏRLƏR