“Cənab prezidentin bu sammitdə söylədiyi fikirlər, Azərbaycanın regionda və eyni zamanda postsovet ölkələri arasında güclü xarici siyasət yürütdüyünün təzahürü idi”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Aydın Abbasov söyləyib.
Deputat ötən gün Litvada baş tutan Vilnüs sammitində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı imzalanan sənədi ölkəmizin uğurlu xarici siyasətinin təzahürü kimi qiymətləndirib:
“Vilnüs sammiti bir daha Azərbaycanın Avrointeqrasiya prosesinə nə qədər maraqlı olduğunu və Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu sübut etdi. Cənab prezidentin bu sammitdə söylədiyi fikirlər, Azərbaycanın regionda və eyni zamanda potsovet ölkələri arasında güclü xarici siyasət yürütdüyünün təzahürü idi. Sammitdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi isə, ölkəmiz üçün beynəlxalq əlaqələrin inkişafı baxımından əvəzolunmaz rola malikdir”.
Əfsələddin Ağalarov