Bu şəkil hamını heyran qoydu - FOTO

Bu şəkil hamını heyran qoydu - FOTO
Bütün Xəbərlər
16:26 15.02.2013
3877
"World Press Photo-2013" beynəlxalq müsabiqənin qalibləri açıqlanıb.AZXEBER.COM-un məlumatına görə, müsabiqənin qalibi isveçli fotoqraf Pol Hansen seçilib. Öldürülmüş fələstinli uşaqların şəkili onu müsabiqənin qalibi elan edib.Şəkildə Qəzza küçələri boyu əllərində uşaqların ağ kəfənə bürünmüş meyitlərini aparan kişilər əks olunub. Şəkildəki öldürülən uşaqlar bacı və qardaşdır.Fotoqraf bu şəkili 2012-ci ilin noyabr ayında israilli hərbçilərin Qəzzanı bombalamasından sonra çəkib. Hansenin çəkdiyi foto İsveçin "Dagens Nyheter" qəzetində dərc olunub.Ümumilikdə, 32 ölkədən 54 fotoqraf mükafat alıb.
OXŞAR XƏBƏRLƏR