Bu səlahiyyət DOST-dan alındı - Fərman

Bu səlahiyyət DOST-dan alındı - Fərman
SOSİAL
14:07 21.09.2021
500
Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

AZXEBER.COM bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi də daxil edilib.

Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.
OXŞAR XƏBƏRLƏR