Bu şəxslər ömürlük pensiya alacaq

Bu şəxslər ömürlük pensiya alacaq
SOSİAL
10:57 18.03.2026
2571
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

AZXEBER.COM xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi II qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayınadək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiaçı pensiya yaşına çatdığını əsas gətirərək əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib.

Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunmalı olduğu qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətini təmin etməyərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük (müddətsiz) təyin edilməlidir və bunun üçün əlavə müraciət tələb olunmur. 

Məhkəmə kollegiyası qərarında "Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır.
Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz.

Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. "İnzibati icraat haqqında" Qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. 

Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq