Bu şəxslər üçün Bakı metrosu pulsuz olacaq

Bu şəxslər üçün Bakı metrosu pulsuz olacaq
Bütün Xəbərlər
01:52 07.05.2015
3650
Bakıda ilk Avropa Oyunlarının açılışına gedən insanlar üçün metro pulsuz olacaq.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

M.Pənahov bildirib ki, Avropa Oyunlarının açılışı zamanı bileti və akkreditasiyası olanlar üçün Bakı metrosu pulsuz olacaq.

Qeyd edək ki, Avropa Oyunlarının açılışı iyunun 12-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR