Bu şəxslərə ödənişsiz psixoloji yardım göstəriləcək

Bu şəxslərə ödənişsiz psixoloji yardım göstəriləcək
SOSİAL
20:34 08.09.2026
69
Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.
OXŞAR XƏBƏRLƏR