Bu şəxslərin maaşları ARTA BİLƏR

Bu şəxslərin maaşları ARTA BİLƏR
İQTİSADİYYAT
12:49 06.04.2026
632
"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdətutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir”.
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

"Eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir. 

Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər.

Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq”, - deyə deputat əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə