Bu stansiyalara giriş ödənişsiz olacaq - VİDEO

Bu stansiyalara giriş ödənişsiz olacaq - VİDEO
SOSİAL
22:59 22.09.2026
173
Sabahdan "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş ödənişsiz olacaq.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu qərar "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırılması ilə əlaqədar sərnişin axınının tənzimlənməsi məqsədi daşıyır. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, bu qərar müvəqqəti müddət üçün nəzərdə tutulub.

"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi də yaradılıb. Bu dayanacaqlardan Bakı-Sumqayıt yolundan paytaxt istiqamətində hərəkət edən marşrutlar istifadə edəcək.

Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı da təşkil edilib. "Avtovağzal" stansiyasının qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi də qruplaşdırılaraq 3 hissəyə ayrılıb və dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.

OXŞAR XƏBƏRLƏR