‘Bu sualı İsa Qəmbərə versələr daha yaxşı olar’ – Sülhəddin Əkbər

‘Bu sualı İsa Qəmbərə versələr daha yaxşı olar’ –  Sülhəddin Əkbər
Bütün Xəbərlər
14:08 05.12.2013
860

“Müsavatın bu siyasəti İctimai Palataya qayıdış siyasətidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər Müsavat partiyasının Milli Şuradan ayrılmaq istəməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən söyləyib:

“Müsavat partiyası ilk başdan Milli Şuranın yaranmasının əlehinə idi. Sadəcə ictimai rəydəki fikirləri alt-üst etmək üçün Milli Şuraya qoşuldu. Onlar Milli Şuranı heç vaxt, əsas qüvvə kimi qiymətləndirməyiblər. Əksinə cəbhəçilərlə birlikdə özlərini əsas qüvvə kimi ortaya atıblar. Bir növ Müsavatın bu siyasəti İctimai Palataya qayıdış siyasətidir. Əsas məqsədləri də, Milli Şuranı məhvə aparmaqdır”.

Partiya sədri “Niyə Müsavat partiyası əvvəl İctimai Palatanı, daha sonra Milli Şuranı apardığı siyasətlə dağıtmağa çalışır?” sualına belə şərh verib:

“Bu sualı İsa Qəmbərə versələr daha yaxşı olar. Çünki o yeganə adamdır ki, bütün bu olanların səbəbini və sualların cavabını bilir”.

S.Əkbər Rüstəm İbrahimbəyovun Milli Şuradan getməsinin onun üçün elə bir əhəmiyyət daşımadığını da deyib:

“Mənim üçün Rüstəm İbrahimbəyovun sədir olması və ya ikinci dərəcəli sədir olması önəmli deyil. Mənim üçün əsas məsələ Milli Şuranın qarşısına qoyduğu məsələləri həll etməsidir”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR