Bu sözlər Erdoğanı ağlatdı - VİDEO

DÜNYA
02:24 08.03.2016
3347

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı 5-ci Beynəlxalq Qadın Əməyi İclasında kövrəlib.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, xəstəxanada çalışan Xədicə Güngör adlı qadın tədbirdə iş paltarı ilə çıxışı zamanı Ərdoğanı duyğulandırıb.

Məlumata görə, tədbirdən əldə olunan videogörüntülərdə prezidentin gözyaşlarını sildiyi nəzərə çarpır.

Xədicə adlı qadın iki il əvvəl səhhətində problem yaşayan Ərdoğana məktub yazdığını bildirib.

O, həmin məktubda yazdığı duaları Ərdoğanın üzünə qarşı oxuya bildiyi üçün sevincli olduğunu və arzusunun reallaşdığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR