Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi: “Zaryadka” - “yükləmə”... (SİYAHI)

Bu sözlərin Azərbaycan dilində qarşılığı təsdiqləndi: “Zaryadka” - “yükləmə”... (SİYAHI)
SOSİAL
14:00 26.10.2017
1401
Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.
 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:
 
"Zaryadka” – "Yükləmə”,
 
"Adapter” – "Yükləyici”,
 
"Embarqo” – "Qadağa”,
 
"Evakuasiya” – "Köçürülmə”,
 
"Proqnoz” – "Öncəgörmə”,
 
"Konsensus” – "Yekdillik”,
 
"Kserokopiya” – "Üzçıxarma”,
 
"Like” – "Bəyənmə”,
 
"Mesaj” – "İsmarıc” kimi təsdiqlənib.
 
Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer "mouse”nun qarşılığı kimi "bələdçi” sözündən istifadə olunması təklif olunur.
OXŞAR XƏBƏRLƏR