"Bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir" - MEDİA açıqlama yaydı

"Bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir" - MEDİA açıqlama yaydı
MEDİA
14:38 13.06.2025
350

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

AZXEBER.COM xəbər verir ki, bu barəd Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd edilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip "xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir:

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq".


OXŞAR XƏBƏRLƏR