Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək

Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
SOSİAL
22:30 22.09.2026
85
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1 000 yerlik yataqxana kompleksinin tikintisi planlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı prosedura start verilib.

İlkin mərhələdə yataqxana kompleksinin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına 1 071 046 manatın xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR