Bu universitetdə yataqxana bağlandı - SƏBƏB

Bu universitetdə yataqxana bağlandı - SƏBƏB
SOSİAL
21:20 11.09.2025
284
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası müvəqqəti olaraq bağlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Musavat.com-a universitetdən bildirilib.

Qeyd edilib ki, bu qərar binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.

"Məqsəd tələbələrin təhlükəsizliyini və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədli komissiya yaradılıb", - deyə qeyd edilib.
OXŞAR XƏBƏRLƏR