“Bu uşaqları zinadan doğulan adlandırmalıyıq” - Şeyx Əbdüldən sərt sözlər

“Bu uşaqları zinadan doğulan adlandırmalıyıq” - Şeyx Əbdüldən sərt sözlər
SOSİAL
10:43 09.10.2025
657
Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı diqqətçəkici həddə çatıb. Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. Rəqəmlər göstərir ki, nikahdankənar doğuşların sayı illər üzrə yüksək olaraq qalır.

Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu cür doğuşlara normal yanaşmaq olmaz:

"Biz "nikahdankənar” sözünü elə bəzəmişik ki, indi hər kəs az qala qeyri-rəsmi nikahdan əkib-doğmaq istəyir. Ona görə də belə doğuşları zinadan doğulan adlandırmalıyıq ki, hər kəsdə buna qarşı nifrət yaransın. Azərbaycan xalqı müxtəlif zamanlarda zinakarlığa qarşı konkret və obyektiv mövqe ortaya qoyub”.

Xalq artisti deyib ki, digər tərəfdən isə bununla məşğul olan orqanlar var:

"Bu işlə əlaqəli aidiyyatı qurumlar mövcuddur. Lakin həmin qurumlar bu işə qarşı çox biganədirlər. Hazırda uşağı doğub küçəyə atmaq adi hala çevrilib. Çünki ictimai qınaq yoxdur. Canlı bir körpəni küçəyə atmaq insanlığa qarşı ən böyük cinayətdir və onlara ölüm hökmü oxunmalıdır. Qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən adamlar dövlət tərəfindən amansızcasına cəzalandırılmalıdırlar”. 

Tanınmış sənətkar qeyd edib ki, sosial problemlərin də buna təsiri böyükdür:

"Psixoloji və əxlaqi cəhətdən hazır olmayan gənc nəsil var və onlar tez təsir altına düşürlər. Eyni zamanda, qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlara səbəb həm də sosial problemlərdir. Sosial təminat normal səviyyədə olsa, insanlar normal ailə qurarlar”.

Şeyx Əbdül əlavə edib ki, aliment almaq üçün uşaq dünyaya gətirən insanlar var:

"Bəzi insanlar uşağı aliment davası etmək üçün dünyaya gətirirlər. Dünyaya gələn uşaqdan maddi təminat kimi istifadə edirlər. Problemin həlli üçün əxlaq polisi, əxlaq nəzarət cəmiyyəti yaradılmalı və bununla bağlı çox ciddi qanunlar qəbul olunmalıdır. Bu məsələ kompleks şəkildə həll olunmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
17:56 09.10.2025
Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər
ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib
17:38 09.10.2025
ADNSU dünyanın nüfuzlu THE reytinqində 5 istiqamət üzrə ciddi irəliləyiş əldə edib
Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO
17:32 09.10.2025
Gəncədə yaşayış binasındakı partlayışda iki nəfər xəsarət alıb - VİDEO
"III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində başa çatmasında Azərbaycan polisinin xidmətləri böyükdür"
17:15 09.10.2025
"III MDB Oyunlarının yüksək təhlükəsizlik şəraitində başa çatmasında Azərbaycan polisinin xidmətləri böyükdür"
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
17:11 09.10.2025
Polis Astarada əməliyyat keçirdi - 55 kq narkotik vasitə aşkarlandı
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
17:10 09.10.2025
Putin AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur
17:07 09.10.2025
Prezident: Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
17:06 09.10.2025
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
"İçimdəki fırtınanı heç kim görmür" - Rəqsanənin qızından təsirli paylaşım
16:58 09.10.2025
"İçimdəki fırtınanı heç kim görmür" - Rəqsanənin qızından təsirli paylaşım
Putin Azərbaycanla humanitar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib
16:57 09.10.2025
Putin Azərbaycanla humanitar əlaqələrin yüksək səviyyədə olduğunu bildirib
Diplomatiya dərsi: Əliyev hadisəni dövlət məsuliyyəti səviyyəsinə qaldırdı
16:52 09.10.2025
Diplomatiya dərsi: Əliyev hadisəni dövlət məsuliyyəti səviyyəsinə qaldırdı
Prezident Putinə təşəkkür etdi
16:44 09.10.2025
Prezident Putinə təşəkkür etdi
"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli
16:43 09.10.2025
"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli
Tatlısesin gəlini təcili əməliyyat olundu
16:40 09.10.2025
Tatlısesin gəlini təcili əməliyyat olundu
"Miss Qazaxıstan 2024"ün qalibi tarixə düşdü - FOTOLAR
16:35 09.10.2025
"Miss Qazaxıstan 2024"ün qalibi tarixə düşdü - FOTOLAR
"Haqqımızda çıxan xəbərlər bizim yaşımıza yaraşmaz" - Nadir
16:22 09.10.2025
"Haqqımızda çıxan xəbərlər bizim yaşımıza yaraşmaz" - Nadir