Bu xanım "Asan Könüllüləri"nin sədri seçildi - FOTOLAR

GƏNCLİK
17:13 01.09.2020
5291
"ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat-seçki qurultayı keçirilib. Tədbir COVID-19 pandemiyası şəraitinə uyğun olaraq video-konfrans formatında təşkil olunub.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti istiqamətində könüllülük fəaliyyətinə verilən önəmin əhəmiyyətindən bəhs edib.
 
Həmçinin diqqətə çatdırılıb ki, "ASAN Könüllüləri” Təşkilatı tərəfindən gənclərin fərdi inkişafı, idarəetmə, hərbi vətənpərvərlik və s. mövzularda əhəmiyyətli layihələr reallaşdırılıb, onların müxtəlif sahələrdə təşəbbüslərinə daimi dəstək göstərilib. "ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova könüllərlə iş sahəsində görülmüş tədbirlərə, təşkilat tərəfindən reallaşdırılmış layihələrə dair hesabat məruzəsi edib. Sonra qurultayın gündəliyinə uyğun olaraq "ASAN Könüllüləri” Təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb.
 
Təşkilatın İdarə heyətinin yekdil qərarı ilə Emiliya Bayramova yeni sədr seçilib. Göstərilən yüksək etimada görə Təşkilat üzvlərinə təşəkkürünü bildirən Emiliya Bayramova layihələr və gələcək hədəflər istiqamətində səylə çalışacağını bildirilib. Həmçinin ifadə olunub ki, daha böyük uğurlara imza atılması üçün bundan sonra da gənclərin, könüllülərin ideya və təşəbbüslərinə dəstək göstəriləcəkdir.
 
19 dekabr 2013-cü il tarixində təsis olunmuş "ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkşafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Təşkilat tərəfindən bu günə qədər müxtəlif istiqamətlərdə 60 000-ə yaxın gənci əhatə edən 500-dən çox layihə reallaşdırılıb.

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

20:56 22.10.2020

Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"

20:50 22.10.2020

“Ermənistan və Azərbaycan bizim üçün bərabər tərəfdaşdır” - Putin

20:38 22.10.2020

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb - FOTO