“Bu yalnız Ulu Öndərin dünya siyasətindəki böyük nüfuzu hesabına mümkün oldu” - Fərid Şahbazlı

“Bu yalnız Ulu Öndərin dünya siyasətindəki böyük nüfuzu hesabına mümkün oldu” - Fərid Şahbazlı
TOP4
16:30 10.05.2018
5609
"Ulu Öndər Heydər Əliyev güclü və müstəqil Azərbaycanın memarı, milli dövlətçiliyimizi məhv olmaqdan xilas edən böyük dövlət xadimidir. O, bu gün bütün dünya azərbaycanlıları bir amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının müəllifidir. Məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində ölkəmiz üçün olduqca çətin və mürəkkəb şəraitdə Azərbaycan dövlətçiliyi məhv olmaqdan qurtuldu, bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazandı”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib. F.Şahbazlı bildirib ki, Ümummilli Lider hakimiyyətdə gəldiyi ilk illərdə Azərbaycanda vətəndaş qarşıdurması, xaos və anarxiya hökm sürürdü: "Lakin bütün bunlara baxmayaraq, Ulu Öndər Azərbaycana qlobal biznes korparasiyalarını cəlb etməklə ölkəmizi ağır iqtisadi fəlakətdən xilas etdi. Ölkədə mövcud olan olduqca ağır iqtisadi-siyasi vəziyyət fonunda "Əsrin Müqavilə”si kimi tarixi layihənin gerçəkləşməsi yalnız və yalnız Ulu Öndər Heydər Əliyevin dünya siyasətindəki böyük nüfuzu hesabına mümkün oldu.

Bununla yanaşı, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dünya ölkələri ilə əlaqələri pozulmaq həddində olan Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu və milli maraqlara xidmət edən olduqca uğurlu xarici siyasət həyata keçirməyə başladı. Ölkəmiz beynəlxalq münasibətlər sistemində özünün nüfuzu və mövqeyi olan bir dövlətə çevrildi”.

İGİB sədri qeyd edib ki, Azərbaycanın bütün dünyaya örnək olan dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Ümummilli Liderimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir”.

F.Şahbazlı qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: "Ona göstərilən diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir