“The Rok” adlı radiokanalının təşkil etdiyi yarışmanın qalibi, həyat yoldaşını seçmək üçün təyyarə ilə Ukraynaya göndəriləcək.
Cütlük 12 gün ödənişsiz qalmaq üçün yerlə və xərcləmək üçün 1600 dollarla təmin olunacaq. Gəlinin evə qayıtması üçün bilet pulu isə mükafata daxil deyil.
İnsan hüquqları müdafiəçiləri isə bu addıma öz etirazlarını bildiriblər. Müdafiəçi Suya Bradford insan münasibətlərinin bir radio verilişində mükafat kimi maddiləşdirilməsindən narahat olduqlarını bildirib.